Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası İdarə Heyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib. Əvvəlcə federasiyanın baş katibi Fərhad Əliyev qurumun maliyyə hesabatını diqqətə çatdırıb və ötən il ərzində həyata keçirilmiş layihələrdən, qazanılmış nəticələrdən danışıb.
Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirəyə çıxarılaraq müvafiq qərarlar qəbul olunub. Belə ki, federasiyanın Hakimlər Kollegiyası yaradılıb və İlqar Tağıyev kollegiyaya sədr seçilib. Aleksandr Jukovskinin kanoe üzrə yığma komandaya baş məşqçi vəzifəsinə təyin edilməsi təsdiqlənib.
Akademik avarçəkmə üzrə yığma komandanın baş məşqçisi Volodimir Morozovun növbəti Olimpiya dövrü üçün fəaliyyətinin davam etdirilməsi qərara alınıb. Bundan başqa, iclasda federasiyaya yeni üzvlər seçilib.
Qabil YUSİFOĞLU
XQ

