“Qarabağ” – “Ayntraxt”: biletlər satışa çıxarılacaq

post-img

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Qarabağ”ın Bakıda “Ayntraxt”a (Almaniya) qarşı keçirəcəyi matçın biletlərinin satışa çıxacağı tarix müəyyənləşib.

Ağdam komandasının mətbuat katibi Anar Hacıyev biletlərin bu həftəsonu satışda olacağını söyləyib.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu görüşə qədər Ağdam təmsilçisi 6 oyundan 7 xalla 22-ci pillədə qərarlaşıb.

Qabil YUSİFOĞLU
XQ

İdman