Azərbaycan nümayəndə heyəti Lyublyanada EFPM-in iclas və Baş Assambleyasında iştirak edib

post-img

Azərbaycan nümayəndə heyəti 28–30 aprel tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin iclası və Baş Assambleyasında iştirak edib.

XQ xəbər verir ki, nümayəndə heyətində Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri, EFPM İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil olunub.

İclasda quruma üzv olan Avropa idman təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi, ədalətli oyun dəyərlərinin təşviqi və gələcək layihələr müzakirə olunub.

Qərara əsasən, Aysel Sultanova EFPM-in yeni yaradılan Kommunikasiya Komissiyasının sədri təyin edilib.

Baş Assambleyada 22 ölkənin iştirakı ilə fəaliyyət planı, büdcə və yeni üzvlər təsdiqlənib.
 

İdman