Azərbaycanın cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinə qələbə ilə start verib.
XQ xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində hindistanlı Şraddha Kadubal Çopadeni məğlub edib.
Bu nəticə ilə Gültac Məmmədəliyeva 1/4 final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi yerli idmançı Meruyert Sarsenova olacaq.
Şəfəq Həmidova (48 kq) isə 1/4 finala vəsiqə qazanıb. Cüdoçumuzun fransalı rəqibi görüşə çıxmadığı üçün Ş.Həmidova mərhələ adlayıb.
Xatırladaq ki, daha əvvəl Turan Bayramov (66 kq) və Rəşad Yelkiyev (66 kq) 1/8 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

