Sənaye və nəqliyyat kreditləri çoxalıb

post-img

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin birinci rübündə ölkədə fəaliyyət göstərən banklar tərəfindən sənaye və nəqliyyat sektorlarına verilmiş biznes kreditlərinin həcmini açıqlayıb. Bildirilib ki, cari ilin birinci rübündə banklar ölkənin sənaye sektoruna 2 milyard 689 milyon manat kredit ayırıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon manat və ya 1,1 faiz çoxdur.

Hesabat dövründə yerli banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərinin həcmi isə 1 milyard 478 milon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon manat və ya 15,9 faiz artıqdır.

Xatırladaq ki, bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 935 milyon manat təşkil edib. Kredit portfeli əvvəlki ilin eyni dövrünə olan göstərici ilə müqayisədə 1 milyard 700 milyon manat və ya 13,1 faiz artıb.

 

İqtisadiyyat