“Araz vadisi” yüksəliş vadisinə çevrilir

post-img

İqtisadi zonaya 35 milyon manatdan çox investisiya yatırılıb

İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bu  sahibkarlıq subyektləri tərəfindən sənaye parkında, ümumilikdə, 1800-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulub.

İndiyədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. 200 hektar ərazini əhatə edən parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda parkda 2 müəssisənin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.  Sənaye parkında sahibkarlar tərəfindən bugünədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib.

Bundan başqa, parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində ­işlər görülür. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.

Qeyd edək ki, Pakistan kapitallı “Azerbaijan Rice Processing Mill” MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası”  Sənaye Parkının rezidentliyi statusu verilib. Bildirilib ki, şirkət tərəfindən sənaye parkının ərazisində “Düyü emalı”  layihəsinin həyata keçiriləcəyi planlaşdırılıb. 

 

İqtisadiyyat