Yanvar-aprel aylarında Azərbaycandan xarici bazarlara pomidor ixracı 15,3% artıb

post-img

• Azərbaycandan xarici bazarlara pomidor ixracının həcmi və dəyərində artım müşahidə olunub.

• Bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.

• Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3%, dəyəri isə 5% artıb.

• Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur.

• İstixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixracın artmasına təsir edən əsas amillərdəndir.

• Xarici bazarlara pomidor ixracı intensiv şəkildə davam edir.

 

İqtisadiyyat