İlkin məlumatlara görə, 2025-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 50 milyard 514,1 milyon manat və ya hər nəfərə orta hesabla 4935,6 manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 44 milyard 264,5 milyon manat təşkil edib.