Avropa İttifaqı ölkələri ilə ticarətin həcmi açıqlanıb

post-img

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı ölkələri ilə 12 milyard 404,2 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçi­rib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz çoxdur. 

Dövlət Gömrük Komitəsinin məlumatı­na əsasən, son bir ildə Azərbaycanın ittifaq ölkələrinə ixracının dəyəri 14,7 faiz artaraq 10 milyard 715,4 milyon ABŞ dollarına ça­tıb. Bununla yanaşı, ötən bir il ərzində bu ölkələrlə 1 milyard 688,8 milyon dollarlıq idxal əməliyyatları aparılıb ki, bu da 9,7 faiz artım deməkdir. 7 ay ərzində ittifaq ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,4 faiz, idxalında payı isə 12,4 faiz təşkil edib.

Komitənin hesabatında cari ilin 7 ayın­da Azərbaycanın ən çox idxal-ixrac əməliy­yatları apardığı ölkələrin də adları öz əksini tapıb. Konkret ölkələrə gəlincə isə siyahı­da ilk yerlərdə İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya qərarlaşıb. Hesabat dövründə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 7 milyard 498,6 mil­yon dollar təşkil edib. Bunun isə 7 milyard 195,3 milyon dolları ixracın, 303,3 milyon dolları isə idxalın payına düşür. Ümumilik­də, son bir ildə bu ölkə ilə ticarət dövriy­yəsi 20,6 faiz, ixrac 21,5 faiz, idxal isə 2,8 faiz artıb. 

Cari ilin 7 ayında ölkəmizin Almaniya ilə ticarət dövriyyəsinin dəyəri 888,6 mil­yon dollara, o cümlədən ixrac 376,4 milyon dollara, idxal isə 512,2 milyon dollara ça­tıb. Son bir ildə bu ölkə ilə ticarət dövriy­yəsi 4,7 faiz, idxal 9,7 faiz artıb, ixrac isə 1,3 faiz azalıb.

Yanvar-iyul aylarında Azərbaycan Çexiya ilə 593,2 milyon dollarlıq ticarət əməliyyatları aparıb. Bunun da 548,3 mil­yon dolları ixracın, 44,9 milyon dolları isə idxalın payına düşür. Son bir ildə bu ölkə ilə ticarət dövriyyəsi 6,2 faiz, ixrac 8,3 faiz azalıb, idxal isə 29,4 faiz artıb.

Bununla yanaşı, cari ilin 7 ayında ölkə­mizin Yunanıstanla ticarət dövriyyəsinin həcmi 436,2 milyon dollar, o cümlədən ix­rac 410 milyon dollar, idxal isə 26,2 milyon dollar təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisə bu ölkə ilə ticarət dövriyyəsi 1,2 faiz, ixrac 11,4 faiz artıb, idxal isə 30,2 faiz azalıb. 

Hesabat dövründə Azərbaycan İspani­ya ilə 148,3 milyon dollarlıq ticarət əməliy­yatları aparıb. Ümumi ticarət dövriyyəsinin 6,1 milyon dolları ixracın, 142,2 milyon dolları isə idxalın payına düşür. Son bir ildə isə bu ölkə ilə aparılmış ticarət dövriy­yəsində 23,5 faiz, o cümlədən ixracda 18,7 dəfə azalma, idxalda isə 77,8 faiz artım qeydə alınıb. 

XQ

İqtisadiyyat