TAP 50 milyard kubmetr Azərbaycan qazı nəql edib

post-img

Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ilin sonunda istifadəyə ve­riləndən bəri Avropaya 50 milyard kubmetr qaz çatdırıb. Bunun 41,7 mil­yard kubmetri İtaliyaya, 4,8 milyard kubmetri Yunanıstana, 3,2 milyard kubmetri isə Bolqarıstana yönəlib.

TAP AG konsorsiumu bildirir ki, bu nailiyyət Avropanın enerji təhlükəsizliyinə və enerji balansının şaxələndirilməsinə mühüm töhfədir. Şirkətin direktoru Luka Skieppatinin sözlərinə görə, 2026-cı ildən kəmərin ötürücülük gücü ildə 1,2 milyard kubmetr artırılacaq.

Qeyd edək ki, uzunluğu 878 kilometr olan TAP Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edir. Azərbaycanla Avro­pa İttifaqı arasında razılaşmaya əsasən, 2027-ci ilə qədər “köhnə qitə”yə qaz ixracı ildə 20 milyard kubmetrə çatdırıl­malıdır.

İqtisadiyyat