“Yaşıl enerji məkanı”nda növbəti iclas

post-img

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə görülən işlər çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” üzrə alt işçi qrupun növbəti iclası keçirilib.

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilmiş iclasda strategiya layihəsinin hazırlanması üzrə görülmüş işlər, təklif olunan fəaliyyət istiqamətləri və tədbirlər barədə məlumat verilib. “Ya­şıl enerji məkanı” məqsədi üzrə ekspert­lər qrupu tərəfindən hazırlanmış hədəf göstəricilərinə, fəaliyyət istiqamətlərinə və tədbirlərə dair ilkin təkliflər nəzərdən keçirilib, icra ediləcək tədbirlərin yekun variantının alt işçi qrupunun növbəti icla­sına qədər təqdim olunması qərara alınıb.

Xatırladaq ki, “Yaşıl enerji məkanı” alt işçi qrupu Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən, “Azər­baycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaradılıb.

XQ

İqtisadiyyat