Baş nazir Əli Əsədov İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 31-də İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvanla görüşüb.

Nazirlər Kabinetindən XQ-yə verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasında müxtəlif sahələrdə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, eləcə də azad olunmuş ərazilərin biznes və investisiya imkanları barədə bəhs olunub.

Türkiyə şirkətlərinin Azərbaycanda fəaliyyəti, o cümlədən azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə iştirakı qeyd edilib.

Görüş zamanı Azərbaycanın müvafiq strukturları ilə İstanbul Sənaye Palatası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

İqtisadiyyat