Pul siyasətinin gələcək düzənində bu çağırışlar nəyi dəyişə bilər?
AMB dayanıqlı maliyyə və “yaşıl” maliyyənin inkişafını öz strateji gündəliyinə daxil edib. Bu məqsədlə 2023–2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsində açıqlanan strateji prioritetlərin reallaşdırılması istiqamətində icra edilmiş və planlanan çoxşaxəli təşəbbüslər aşağıdakı kimidir:
* Dayanıqlı maliyyə üzrə institusional potensialın artırılması;
* Dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması;
* İqlim dəyişmələri və ESİ faktorlarının risklərin idarə edilməsinə inteqrasiyası;
* Maliyyə bazarlarında şəffaflığın və bazar intizamının təmin edilməsi.
Mərkəzi Bank “yaşıl” meyarların pul siyasəti çərçivəsinə inteqrasiyası üzrə beynəlxalq trendləri yaxından izləyir. Bu alətlərin uzunmüddətli perspektivdə pul siyasəti çərçivəsinə mərhələli şəkildə daxil edilməsini nəzərdən keçirilir. Təcrübədə bu cür inteqrasiya birbaşa iqlim məqsədlərinin hədəflənməsindən daha çox, iqlim risklərinin qiymət və maliyyə sabitliyinə təsirinin nəzərə alınmasına yönəlir.
Hazırda Mərkəzi Bank rəqəmsal valyutanın iqtisadiyyat üçün çağırış və faydalarını nəzərə alaraq siyasət məqsədini və tətbiqi üzrə yol xəritəsini formalaşdırmağa çalışır. Məqsəd rəqəmsal valyutanın tətbiqi ilə ödənişlərin səmərəliliyinin artırılması, maliyyə inklüzivliyinin genişləndirilməsi, dövlət ödənişlərinin optimallaşdırılması və xüsusilə ölkələrarası ödənişlərdə xərclərin azaldılması və əməliyyatların sürətləndirilməsidir.
Rəqəmsal valyuta, eyni zamanda, nağd dövriyyənin məhdudlaşmasına və nağdsız dövriyyənin daha da artırılmasına, habelə, pul siyasətinin ötürücülüyünün yaxşılaşmasına və fiskal gəlir bazasının genişlənməsinə təkan verəcəkdir.
XQ

