2025-ci ilin yanvar–dekabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 352 milyon 409,8 min manat məbləğində vəsait geri qaytarılıb.
Bu barədə XQ-yə Maliyyə Nazirliyindən bildirilib.
Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə, mədəniyyət və tibbi xidmətlərə, işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları və ödənişlər də geri qaytarılıb.

