Dünən səhər Bakı şəhərindən 81 nəfərlik 21 ailə Laçın şəhərinə yola salınıb.
Doğma yurduna qayıdan ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri qarşılayıblar. Bununla da, Laçın şəhərində daimi məskunlaşan ailələrin sayı 346-ya, sakinlər isə1326 nəfərə şatıb.
Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
XQ

