Suraxanı və Nərimanovda narkotiklərə qarşı əməliyyat keçirilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 23-də ümumi çəkisi 19,7 kiloqrama yaxın narkotik vasitə, 37 ədəd psixotrop tərkibli həb və 403 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Paytaxtın Suraxanı və Nərimanov rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Tədbirlər zamanı 32 yaşlı E.İsmayılov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı N.Şıxəliyev saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana, tiryək, heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər