Energetika naziri vətəndaşlarla görüşüb

post-img

Energetika naziri Pərviz Şahbazov Ağstafada vətəndaşlarla görüşüb.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş görüşdə vətəndaşların elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, qaz təchizatı, elektrik və qaz xətlərinin çəkilişi, elektrik xətlərinin istismar vəziyyəti, keyfiyyət göstəriciləri, qaz sayğaclarının dəyişdirilməsi, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüş zamanı Ağstafa rayonu ilə yanaşı, Gəncə, Mingəçevir şəhərləri, Goranboy və Tovuz rayonlarından olan 30-dan çox vətəndaş iştirak edib.

XQ

 

Son xəbərlər