Baş Prokurorluğun heyəti Türkiyədə

post-img

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində dünən nümayəndə heyətinin üzvləri ilə Türkiyə Ədliyyə Akademiyasında görüş keçirilib.

Akademiyanın rəhbəri Bekir Altun iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev Türkiyə Ədliyyə Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edərək, əldə edilmiş uğurları diqqətə çatdırıb.

Görüş zamanı prokurorların təlimi, hüquqi əməkdaşlıq, təlim səfərləri və digər sahələrdə qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyi bildirilərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

XQ

Son xəbərlər