QHT təmsilçiləri Kərkükdə

post-img

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov və Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı İraqın Kərkük şəhərinə səfər ediblər.

Soydaşlarımızın səfəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və türkman vətəndaş cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar” layihəsinin icrası çərçivəsində həyata keçirilir. Gündəlikdə vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq–türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə konfranslar, görüşlər keçirilməsi, türkmanların yaşadığı bölgələrə səfərlər edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin martında ATXƏM İB-nin layihə rəhbərliyi ilə Bakıda və Qarabağ bölgəsində keçirilmiş “Türkman irsi: Vətəndaş cəmiyyətinin həmrəyliyi” mövzusunda forum və silsilə tədbirlərdə bir sıra ölkələrdən qonaqlar, o cümlədən İraq – Türkman Cəbhəsinin rəhbəri, millət vəkili Ərşad Salihi və Türkməneli Akademisyenler Təşkilatının sədri Nebil Şahin Kifrili iştirak ediblər.

XQ

Son xəbərlər