Pakistanın Baş naziri “ASAN xidmət”in sədrini qəbul edib

post-img

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistan Hökumətinin üzvlərinin də iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qəbul zamanı Baş nazir Pakistandakı ilk “ASAN xidmət” mərkəzinin yaradılmasında göstərilən dəstəyə görə bir daha Azərbaycan Prezidentinə səmimi təşəkkürlərini və minnətdarlığını bildirib.

Baş nazir qısa müddət ərzində paytaxt İslamabadda və Pakistanın bir sıra əyalətlərində “ASAN xidmət” mərkəzlərinin yaradılacağını qeyd edib. Həmçinin “Pakistan ASAN xidmət” mərkəzinin fəaliyyətini mütəmadi olaraq nəzarətdə saxlayacağını bildirib və bununla əlaqədar hökumət üzvlərinə tapşırıqlarını verib.

XQ

Son xəbərlər