Türkiyənin prokuror və hakimlər heyəti ölkəmizdə

post-img

Yanvarın 16-da İstanbul şəhəri Baş prokurorunun müavini Can Tuncayın rəhbərlik etdiyi prokuror və hakimlərdən ibarət nümayəndə heyətinin Azərbaycana, o cümlədən Bakıya işgüzar səfəri reallaşdırılıb.

Məqsədi prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, institusional təcrübə mübadiləsinin aparılması və hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində qonaqlar Bakı Şəhər Prokurorluğunda olublar. Bakı Şəhər prokuroru Elşən Abbasov prokurorluq orqanlarının fəaliyyəti, idarəetmə sistemi, struktur quruluşu və səlahiyyət dairəsi, habelə, istintaq, prosessual nəzarət və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə onlara ətraflı məlumat verib. Nümayəndə heyətinə “Elektron Prokurorluq” İnformasiya Sisteminin fəaliyyəti, sistem çərçivəsində tətbiq edilən müasir rəqəmsal həllər, elektron xidmətlər, vətəndaş müraciətlərinin operativ, şəffaf və effektiv şəkildə icrasına imkan verən mexanizmlər barədə geniş təqdimat keçirilib.

Sonra nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması vurğulanıb, bu münasibətlərin hüquq-mühafizə orqanları, xüsusilə prokurorluq qurumları arasında əlaqələrin daha da dərinləşməsinə və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlverişli şərait yaratdığı bildirilib.

Baş prokuror, həmçinin İstanbul Şəhər Prokurorluğu tərəfindən Qarabağ Universitetinin kitabxanasına hüquq sahəsinə dair xeyli sayda elmi və tədris vəsaitinin bağışlanmasını məmnunluq hissi ilə vurğulayıb, göstərilən diqqət və dəstəyə görə öz təşəkkürünü ifadə edib.

XQ

Son xəbərlər