Teleskop Günəş fotosferini görünməmiş təfərrüatlarla qeydə alıb

post-img

Dünyanın ən güclü günəş teleskopu olan "İnouye" Teleskopu (Havaydan olan senator Daniel İnouyenin şərəfinə adlandırılıb) Günəşin səthinin ətraflı təsvirlərini çəkib. Onlar ilk dəfə olaraq Günəşin fotosferində eni təxminən 20 kilometr olan ultra nazik maqnit zolaqları aşkar ediblər.

Zolaqlar günəş qranullarının, isti plazmanın ulduzun dərinliklərindən səthə qalxdığı konveksiya hüceyrələrinin divarları boyunca yerləşir. Bu strukturlar dinamik maqnit sahələrinin vizual əksidir. Günəş işığı bu maqnit pərdələrdən keçəndə parlaq və qaranlıq yerləri dəyişərək titrəməyə başlayır. Qaranlıq zolaq daha zəif sahəni, parlaq olan isə nisbətən daha güclü olduğunu göstərir.

Günəşin görünməmiş təfərrüatlı yeni təsvirləri dünyanın ən böyük spektropolarimetri olan Visible Tunable Filter (VTF) alətindən istifadə etməklə əldə edilib. VTF müxtəlif dalğa uzunluqlarında şəkillər çəkir və işığın qütbləşməsinə dair məlumat toplayır, bu da alimlərə maqnit sahələrinin, plazmanın və günəş atmosferinin digər elementlərinin strukturunu təhlil etməyə imkan verir.

S.ELAY

XQ





Maraqlı