Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Dövlət Dram Teatrının direktoru Otabek Curayev arasında görüş keçirilib.

Görüş zamanı tərəflər ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə teatr layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər. Xüsusilə Mədəniyyət Mərkəzinin teatr kollektivi və Dövlət Dram Teatrının truppasının iştirakı ilə birgə tamaşaların hazırlanması məsələlərinə diqqət yetirilib.

2026-cı il teatr mövsümündən başlayaraq Azərbaycan teatrlarının Özbəkistana səfərləri zamanı onların və AMM-nin teatr truppasının tamaşaları Özbəkistan səhnəsində mütəmadi olaraq göstəriləcək. 

Görüş zamanı tərəflər birgə teatr təşəbbüslərinin, humanitar dialoqun möhkəmləndirilməsinə və iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına mühüm töhfə veriləcəyinə əminlik ifadə ediblər.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Mədəniyyət