Yeniyetmələr üçün klassik aşıq Dədə Ələsgərin yaradıcılığını əks etdirən yeni kitab çapdan çıxıb. “Sarı köynək” adlanan həmin topluda Aşıq Ələsgərin külliyyatından məktəbyaşlı uşaqların zövqünə və qavramasına uyğun seçmə əsərlər ipə-sapa düzülüb.
Kitaba “Sarı köynək” adının verilməsi təsadüfi deyil. Bu, Aşıq Ələsgərin ən populyar şeirlərindən biridir və sözlərinə mahnı da bəstələnib. Burada haqq aşığının şeirləri, dastan və rəvayətləri, xatirələri, deyişmələri və onun yaradıcılığına aid bir çox digər nümunələr yer alıb.
“Sarı köynək” kitabının nəşrə hazırlanması və dizaynının müasir standartlara uyğunlaşdırılması layihəsi dahi şairin nəslinin nümayəndəsi, onun kötücəsi Aysel Zahidqızının təşəbbüsüdür. Kitab “TEAS Press” Nəşriyyat Evinin “3 alma” Uşaq Ədəbiyyatı bölməsi tərəfindən nəşrə hazırlanıb və Türkiyədə çap olunub.
Əli NƏCƏFXANLI
XQ

