Müstəqillik Günü münasibətilə təbrik

post-img

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.

İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim.

Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb.

Sizin rəhbərliyinizlə ölkənin mənəvi potensialını möhkəmləndirən çox mühüm sosial təşəbbüslər həyata keçirilir. Sizin tibb elminin və təcrübəsinin inkişafına, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş proqramların dəstəklənməsinə mühüm töhfənizi xüsusi qeyd etmək istərdim.

Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yüksək missiyanızda yeni-yeni uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.

Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!

Hörmətlə,

 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor

Məktublar