Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

post-img

Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Vəkillər Kollegiyasının rəhbərliyi Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.

Bu barədə XQ-yə kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.



Qan yaddaşı