“Sumqayıt Tikiş” ASC səhmdarlarının nəzərinə!

post-img

20 dekabr 2025-ci il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncağın gündəliyi:

1. ASC-nin idarəetmə orqanlarının 2024-cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Yığıncağın gündəliyindəki məsələlərə aid materiallarla iş günlərində ASC-nin rəhbərliyinə müraciət etməklə tanış olmaq mümkündür.

Nəzərinizə çatdırırıq ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi vardır.

Ünvan: Sumqayıt şəhəri, kottec, 24-cü məhəllə, 1-ci keçid 38 A. ASC-nin inzibati binası.

İdarə heyəti

Reklam və elan