Strateji təfəkkür və çevik taktikanın diplomatik uğurları

post-img

Yeganə HACIYEVA,
Mətbuat Şurası İdarə Heyətinin üzvü

Vaşinqton görüşü Azərbayca­nın diplomatik uğurlarının növ­bəti təsdiqi oldu. Bu qələbənin əsasını Prezident İlham Əliyevin formalaşdırdığı düşünülmüş və məqsədyönlü xarici siyasət təş­kil edir. Bu siyasət isə qlobal güc mərkəzləri arasında tarazlıq for­malaşdırmaq məharətindən qay­naqlanır.

Azərbaycan heç bir qütbə üstünlük vermədən müstəqil xarici siyasət kursu­nu davam etdirir, eyni zamanda, öz milli maraqlarını ayıq-sayıqlıqla və qətiyyətlə qoruyur. Qeyd edim ki, ölkəmizin geoiq­tisadi mövqeyi heç də az əhəmiyyət kəsb etmir. Əlverişli coğrafi mövqe Azərbay­canı regional iqtisadiyyatın əsas həlqə­sinə çevirir, ölkəmizə strateji üstünlüklər verir və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır.

Lakin Azərbaycanın xarici siyasəti təkcə geosiyasət və iqtisadiyyata əsaslan­mır. Mədəniyyət və beynəlxalq əlaqələr də eyni dərəcədə mühüm rol oynayır. Azərbaycan dünyaya açıq, müasir müsəl­man ölkəsidir, tarixən, İslam dünyasının sivil inkişaf tapmış, bir sıra sahələrdə öncüllük qazanmış, mütərəqqi ənənələr formalaşdırmış məmləkətidir. 

Biz bütün mədəni və beynəlxalq plat­formalara da açıqıq. Qlobal tədbirlərə –Dünya və qitə idman oyunlarına, musiqi və mədəniyyət forumlarına, regonal məc­lislərə ev sahibliyi etmək ölkənin imicini gücləndirir və onu beynəlxalq arenada nəzərəçarpan oyunçuya çevirir.

Əlavə edim ki, dini komponent də önəmli amildir: Azərbaycan İslam və dünyəvi dünya arasında körpüyə çevrilib. Bu, beynəlxalq arenada təkcə milli ma­raqlarını deyil, müsəlman dövlətlərinin mövqelərini də təmsil etməyə və qoruma­ğa kömək edir.

Bu gün Azərbaycan humanitar dəstək və strateji diplomatiya arasında balansı saxlayaraq Suriya Ərəb Respublikasına, eləcə də Ukraynaya fəal dəstək verir. Bu mövzuda tarixi və etnik bağları xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Suriya ilə ortaq dəyərlərin mövcudluğunu nəzərə alır. Ukrayna ilə bizi uzunmüddətli və etibarlı münasibətlərin əsasına çevrilmiş 70 illik ortaq tarix və mədəniyyət birləş­dirir. Azərbaycan isə dünyanı “biz” və “onlara” bölmür, xarici siyasətini bəşə­ri maraqlar üzərində və qərəzsiz qurur. Qərəzsiz olmaq Azərbaycana beynəlxalq arenada çevik və ədalətli oyunçu olmağa imkan verir.

Azərbaycan Prezidentinin şəxsi nüfu­zu isə ölkənin uğurlarında mühüm rol oy­nayır. Dövlət başçısı İlham Əliyev təkcə dünya şöhrətli siyasətçi və dövlət xadimi deyil, həm də bəşəri dəyərlərə sadiqliyi ilə geniş nüfuz qazanmış görkəmli şəx­siyyətdir. Onun sözü və əməlinin bir-biri­ni tamamlaması liderlərin və beynəlxalq proses iştirakçılarının əhval-ruhiyyəsinə ciddi təsir edən ab-hava yaradır. Xariz­ma və strateji intuisiya ilə dəstəklənən bu verbal güc imkan verir ki, dünya siyasə­tini müəyyən edən liderlər belə, məsələn, Donald Tramp kimi gözlənilməz gedişləri ilə ilk baxışda anlaşılmazlıq yaradan su­pergüc sükançısı onun mövqeyini nəzərə alıb qəbul etsin. 

Məhz Prezident İlham Əliyevin stra­teji təfəkkürə və çevik taktikya əsaslanan müdrik rəhbərliyi nəticəsində belə xarici siyasət Azərbaycanın dünya arenasında mövqelərini möhkəmləndirir, ölkəmiz beynəlxalq ictimaiyyətin dəyərləndirdiyi diplomatik qələbələr əldə edir.

Siyasət