Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint”–Ambulator Reabilitasiya Məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir.
2023-cü ilin dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə ötən dövrdə 2,2 min şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən faydalanırlar.
Məntəqədə əlilliyi olan 233 şəxsə isə ehtiyaclarına uyğun olaraq 1134 reabilitasiya vasitəsi də verilib.