Dildə, fikirdə, əməldə birlik

post-img

Bu gün mayın 3 - də Heydər Əliyev mərkəzində Türkçülük günü münasibətilə   Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin təşəbbüsü  ilə Azərbaycan və Türkiyə mediasının nümayəndələri ilə dəyirmi masa keçirilib. Görüşü Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Alptekin Cihangir İşbilir  açaraq kütləvi informasiya vasitələrinin nümayəndələrini Türkçülük günü münasibətilə təbrik edib.

"Dildə, fikirdə, əməldə birlik" - Türk dünyasının gələcəyi panelində təşkil olunan dəyirmi masada   çıxış edən Azərbaycan və Türkiyə mediasının  peşəkar nümayəndələri    qarşıdakı illərdə Türk Dövlətləri Təşkilatının  media nümayəndələrinin  birgə qurumunun yaradılması,  Azərbaycan və Türkiyə  kütləvi informasiya vasitələri arasında təcrübə mübadiləsi aparılması, Cənubi Qafqazda Zəfər qazanmış  Azərbaycanın  Orta Asiyanı, Türkiyəni birləşdirən mərkəz rolunu oynaması  və Azərbaycan  Türkiyə Media Platformasının yaradılması haqqında öz fikirlərini bildirdilər.

Dəyirmi masada Azərbaycan və Türkiyə mediasının peşəkar nümayəndələrindən Etibar Babayev,  Umud Mirzəyev, Müşfiq Ələsgərli, Yadigar Məmmədli, Azər Həsrət, Akif Aşırlı, Aytən Qədimli, Ülviyyə Zülfüqar, Ramin Əliyev, Orxan Amaşov, Rufiz Hafizoğlu, Aqil Camal, Anadolu İnformasiya Agentliyinin və TRT - nin Azərbaycan nümayəndəliyinin rəhbərləri  Azərbaycan Türkiyə Media birliyinin yaradılması ilə bağlı müzakirələrdə çıxış edərək öz mövqelərini bildirdilər.

Dəyirmi masadan sonra media nümayəndələri    Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Kommunikasiya  İdarəsinin təşkilatçılığı ilə keçirilən "Dildə, fikirdə, əməldə birlik" - Türk dünyasının gələcəyi panelində  iştirak etdilər.

Kəmalə ABDİNOVA

XQ





Sosial həyat