Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizami Rayon Komitəsi “Konstitusiya və Suverenlik ili”çərçivəsində Ulu öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Mən Azərbaycanlıyam” devizi altında Nizami rayon ümumtəhsil məktəbləri arasında bilik yarışması keçirib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediləndən sonra qurumun Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan olunmasından, eyni zamanda Konstitusiyanın hüquqi dövlət quruculuğu prosesindən danışan natiq Ulu öndərin keçdiyi ömür yolundan və Azərbaycan xalqına verdiyi töhfələrdən geniş məlumat verdi. Həmçinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin bilik yarışması iştirakçılarına salamlarını çatdırdı, onlarla tövsiyələrini bölüşdü. Münsiflər heyətinin üzvü Samara Məmişova yarışın əsasnaməsi və keçirilmə qaydası barədə məlumat verdi. 3 turdan ibarət olan yarışmanın qalibi 61 saylı tam orta məktəbin komandası 1-ci yerə, 32 saylı məktəbin komandası 2-ci yerə, 242 saylı məktəbin komandası isə 3-cü yerə layiq görüldülər.
Komanda kapitanlarının final görüşündə isə bilik yarışmasının 1-ci yeri 32 saylı tam orta məktəbin, 2-ci isə 61 saylı tam orta məktəbi şagirdləri tutdular.
Sonda Nizami Rayon Komitəsi tərəfindən bütün iştirakçılara fəxri fərman, digər uğur qazanan qaliblərə isə qiymətli hədiyyələr təqdim olunub.