Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Aparatının rəhbəri Samir Ağabalayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdədir.
Nazirliyin verdiyi xəbər görə, Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktorunun dəvəti ilə baş tutan səfərin məqsədi iki ölkə arasında müdafiə sənayesi sahəsində hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinin aparılmasıdır.
Mayın 12-də S.Ağabalayev Özbəkistan Respublikası Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə müdafiə sənayesi sahəsində münasibətlərin tənzimlənməsi üzrə mövcud qanunvericilik təcrübəsi müzakirə edilib.
Səfər mayın 15-də başa çatacaq.