Naftalanda məktəblilərlə yol hərəkəti təhlükəsizliyi mövzusunda görüş keçirilib

post-img

Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü və Naftalan Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının iştirakı ilə şəhərdə yerləşən ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüşlər təşkil olunub.

Tədbir zamanı şagirdlərə piyadaların yol hərəkəti qaydaları, nişanların mənaları, svetoforun iş prinsipi və təhlükəsiz davranış vərdişləri barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar DYP əməkdaşları tərəfindən cavablandırılıb.

Maarifləndirmə tədbirlərinin əsas məqsədi azyaşlıların yol hərəkəti qaydalarına dair ilkin biliklərinin artırılması və onların gələcəkdə daha təhlükəsiz iştirakçıya çevrilməsinə töhfə verməkdir.

Bu cür görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

P.ƏMİRCANOV
XQ

Sosial həyat