Xəzərin sahili qoy təmiz olsun!

post-img

Sabunçu Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizi sahillərində çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsi məqsədilə aksiya keçirilib. Aksiyada rayon ərazisində fəaliyyət göstərən bir çox dövlət və özəl qurumların əməkdaşları və ictimai birliyin könüllüləri iştirak ediblər.

Tədbir Pirşağı qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik qablardan təmizləyiblər. Toplanan 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

XQ

Sosial həyat