Xəzərin sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarət gücləndirilib

post-img

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti yayıb.  

Sahilboyu ərazilərdə keçirilən növbəti tədbirlər zamanı Xətai rayonunda 13, Qaradağ və Suraxanı rayonlarının hər birində 2, Binəqədi rayonunda isə 3 nəfərin məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atması müəyyən edilib və ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat