Şəhid leytenant Siyavuş Muradovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

post-img

44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn leytenant Muradov Siyavuş Akif oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər leytenant S.Muradovun şərəfli həyat və nümunəvi döyüş yolundan danışıblar. Şəhid zabitin qısa, lakin şərəfli həyat yoluna həsr edilmiş sənədli film nümayiş olunub.

Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.    

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.













Sosial həyat