Çağdaş tariximizin öyünc günü

post-img

Carbamid zavodunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş görüş keçirilib. Müəssisənin direktoru Kutay Durna Qarabağ müharibəsi iştirakçılarını, söz-sənət adamlarını salamlayıb və 44 günlük “Zəfər yürüşü”nün tarixi-mənəvi önəmi haqqında danışıb.

Sonra hərbi-vətənpərvərlik mahnılarının populyar ifaçısı Şəmistan Əlizamanlı, müharibə veteranları Samir Əsgərov və İsmayıl Həkimli, Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı və gənc şair Elvin Əlizadə kimyaçılar qarşısında çıxış ediblər. Natiqlər tarixi qələbənin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu sayəsində mümkün olduğunu vurğulayıblar. Mərasimdə mahnılar, şeirlər səsləndirilib. İlk dəfə ifa olunan “Cənab Ali Baş Komandan” marşı alqışlarla müşayiət olunub.

Sonda Qarabağ müharibəsi iştirakçılarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Şəhid valideynləri Tahir Məhərrəmov və Nəriman Əliyev ailələrinə göstərilən diqqətə görə minnətdarlıq ediblər.

XQ

Sosial həyat