Qələbə ünvanlı sözümüz

post-img

Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin yerli bölməsi və N.Nərimanov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Qarabağ zəfərinin 5 illiyinə həsr olunmuş “Sözümüzün zəfəri – Zəfərimizin sözü” adlı ədəbi-bədii məclis keçirilib.

Mərasimi giriş sözü ilə açan Adil Səfərov Zəfər yürüşünün şanlı yoluna, qazanılmış uğurlara nəzər salıb. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin qeyd edib ki, döyüş meydanında taktika və cəsarət necə vacibdirsə, yurd sevgisinin igidliyə çevrilməsində də bədii söz o qədər önəmlidir.

Məclisdə şairlərdən Rafiq Yusifoğlu, Ümid Abbas Nihani, Hikmət Fərzəli, Elvin İntiqamoğlu, Elşad Xaqan Davudoğlu və Zakir Zahir vətənpərvərlik ruhunda şeirlərini səsləndiriblər.

Musiqi və rəqs nömrələri məclisə təntənə gətirib. Hüseyn Səlimovun rəhbərlik etdiyi “Nice” rəqs qrupunun çıxışı, eləcə də Pənah Məmmədli və Hüseyn Məmmədovun ifasında səslənən mahnılar iştirakçıların zəfər duyğularını qanadlandırıb.

Ə.ƏLİYEV
XQ

Sosial həyat