XQ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin imzaladığı əmrlə Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Qeyd eedək ki, H.Abbasov 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2008-2010-cu illərdə Makquari Universitetində (Avstraliya) beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb. 2012-ci ildən əmək fəaliyyətinə başlayan yeni sədr 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər DMA-nın sədr müavini vəzifəsində işləyib.
N.Adilqızı
XQ

