Gədəbəy rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə yerli müəssisələrin istehsal etdikləri və kənd təsərrüfatı məhsullarından ibarət sərgidə rayonun sosial-iqtisadi göstəriciləri iştirakçılara və qonaqlara təqdim edilmişdir.
Hüquq mühafizə orqanlarının, həmçinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, rayon prokuroru Kamal Əhmədov, şəhid atası Şahlar Hacıyev, ziyalı Tofiq Mirzəyev çıxış etmiş və eləcə də rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər dinlənilmişdir.
Tədbirin sonunda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri







