Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Lefke Avropa Universitetinin İdarə Heyətinin sədri Ənvər Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetini ziyarət etmişdir. ATMU rektoru İlham Mədətov ali təhsil müəssisəsində tədris prosesi, beynəlxalq və ölkəiçi tədbirlərdə iştirak barədə qonaqlara ətraflı məlumat vermişdir. Söhbət əsnasında mümkün əməkdaşlıq imkanları, o cümlədən beynəlxalq təhsil, layihə və proqramların təşkili məsələləri əsas prioritet istiqamət kimi dəyərləndirilmişdir.
Lefke Avropa Universitetinin nümayəndələri öz növbəsində Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında mövcud olan ikitərəfli münasibətlərdən məmnunluqlarını bildirmişlər. Sonda xatirə şəkli çəkilmişdir.