Bolqarıstan Hərbi Hava Qüvvələri (HHQ) 2025-ci ilə qədər köhnə “MiQ-29” qırıcılarından istifadə edəcək.
Bolqarıstan müdafiə naziri Todor Taqarev parlamentdəki çıxışında deyib ki, ölkəsinin ABŞ-dan aldığı yeni F-16 döyüş təyyarələri gələnə qədər Rusiya istehsalı olan “MiQ-29”lardan istifadə ediləcək.
Bolqarıstanın müdafiə nazir bildirib ki, mövcud “MİQ”lərin texniki vəziyyəti problemlər yaratsa da, başqa təyyarələr alınmayacaq.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

