Mask: Robotlar beş il ərzində cərrahları əvəz edə bilər

post-img

Amerikalı milyarder İlon Mask robotların beş il ərzində cərrahları əvəz edə biləcəyi fikrini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Mask həmçinin bildirib ki, onun “Neuralink” şirkəti insan beyin toxumasına elektrodlar daxil etmək üçün robot cərrahdan istifadə edib. O qeyd edib ki, həkimlərin bu tapşırığı yerinə yetirmək üçün sürəti və dəqiqliyi olmayacaq.

Dünya