Rusiyanın gecə hücumu zamanı Ukrayna F-16 təyyarəsini itirib

post-img

Mayın 16-da saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək missiyasını yerinə yetirirdi.

Bu barədə Hərbi Hava Qüvvələrinin məlumatında deyilir. İlkin məlumatlara görə, pilot üç hava hədəfini məhv edib və dördüncüsü üzərində işləyirdi, lakin təyyarədə anormal vəziyyət yaranıb.

"Pilot təyyarəni yaşayış ərazisindən uzaqlaşdırıb və uğurla təyyarəni tərk edib", - məlumatda deyilir.

Hərbi Hava Qüvvələri, həmçinin qırıcı pilotun yaxşı olduğunu və axtarış-xilasetmə qrupunun operativ işi sayəsində onun tez tapılaraq təxliyyə edildiyini bildirib.

S.ELAY

XQ

Dünya