Belçika Ukraynaya böyük yardım paketi verəcək

post-img

Belçika Ukraynaya bir milyard avro yardım paketi verəcək. Bu barədə Belçikanın müdafiə naziri Teo Frankenə istinadən “Tijd” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, Kiyev 20 modernləşdirilmiş Cerber hava hücumundan müdafiə sistemi, yeni top qülləsi olan “Leopard” tankı, 16 mindən çox silah, yüzə yaxın zirehli təcili yardım maşını və “Unimog” maşını, beş pilotsuz dəniz gəmisi, pilotsuz uçuş aparatları, dəbilqələr, tibbi avadanlıqlar, portativ dron aşkarlama avadanlığı, gecə görmə qabiliyyətindən qoruyan geyimlər, eləcə də kimyəvi radioloji qoruyucu vasitələr alacaq.

Qeyd olunur ki, ümumi məbləğin yarısından çoxu - 650 milyon avro Belçika silahlarının alınmasına sərf olunacaq.

“Öz sənayemizin bu istehsalı o deməkdir ki, resursların əhəmiyyətli bir hissəsi iqtisadiyyatımıza qaytarılır və müdafiə sektorumuzda məşğulluğu dəstəkləyir”, - müdafiə naziri Teo Franken bildirib.

Bundan əlavə, hökumət Belçika müdafiə sənayesi ilə əməkdaşlıq çərçivəsində Ukraynanın F-16 koalisiyasına texniki xidmət üzrə mütəxəssislərin hazırlanmasına sərmayə qoyur. Belçika da yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində Ukraynada 70 mm-lik raketlərin istehsalına başlanılmasını dəstəkləyir.

S.ELAY

XQ

 

Dünya