Ukrayna prezidenti yeni Papa ilə görüşdü

post-img

Roma Papası XIV Leo Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenska ilə görüşüb.

Bununla bağlı V.Zelenski özünün Teleqram kanalında məlumat verib.

“İnaqurasiya messasından sonra Roma Papası XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə bu qəbul üçün təşəkkür edirik.

Vatikana Ukrayna və Rusiya arasında birbaşa danışıqlar üçün platforma rolunu oynamağa hazır olduqlarına görə təşəkkür edirəm. Biz real nəticələr uğrunda istənilən formatda dialoqa hazırıq. Ukraynaya verdiyiniz dəstəyə və ədalətli, davamlı sülhün müdafiəsində səsləndirdiyiniz dəqiq mövqeyinizə görə təşəkkür edirik,” – deyə Zelenski əlavə edib.

XQ

Dünya