Lavrov mayın 20-21-də Ermənistana səfər edəcək

post-img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana səfər edəcək və burada baş nazir Nikol Paşinyanla görüşərək ikitərəfli gündəlik və regional təhlükəsizliklə bağlı geniş spektrli məsələləri müzakirə edəcəkş Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrovun təmaslarına Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar da daxildir. Onun respublika prezidenti Vaaqn Xaçaturyanla görüşəcəyi də gözlənilir.

“Xarici siyasət idarələrinin rəhbərləri regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma proseslərinin perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. 2025-2026-cı illər üçün nazirliklərarası məsləhətləşmələr planının imzalanması planlaşdırılır”, - XİN-in məlumatında deyilir.

XİN-in qeyd etdiyi kimi, “Moskva bu səfərin Rusiya və Ermənistan arasında siyasi və idarələrarası dialoqun gücləndirilməsinə töhfə verəcəyini, qarşılıqlı anlaşmanın artmasına və tərəflərin hər birini maraqlandıran məsələlərin qarşılıqlı məqbul həll yollarının tapılmasına səbəb olacağını gözləyir”.

P.ƏMİRCANOV
XQ

Dünya