Türkiyə XİN başçısının müavini Tbilisidə Boçoraşvili ilə görüşüb

post-img

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Tbilisidə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yerləşdirilmiş bəyanatında deyilir.

Məlumatı “Anadolu” verib. 

“Nazir müavinimiz, səfir Berris Ekinci Tbilisidə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili tərəfindən qəbul edilib”, - məlumatda deyilir.

Görüş zamanı Türkiyə-Gürcüstan münasibətləri və regional hadisələrin müzakirə olunduğu qeyd edilir.

P.ƏMİRCANOV
XQ

Dünya