“Reuters”: Kelloq Lukaşenko ilə görüşmək niyyətindədir

post-img

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Belarusa səfər etmək və burada Prezident Aleksandr Lukaşenko ilə görüşmək niyyətindədir. Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, söhbətin mövzuları haqda dəqiq məlumat olmasa da, cənab Kelloq bu səfəri “Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqlarına başlamağa kömək edə biləcək addım” kimi təqdim edib.

Belarus və Amerika tərəfləri məlumatı şərh etməyiblər.

“Reuters” izah edib ki, bu cür səfərlərin planlaşdırılması diqqətli məsləhətləşmələr tələb edir, ona görə də planların dəyişməsi mümkündür. Məlumata görə, ABŞ hakimiyyəti Minski az da olsa, Moskvanın təsir dairəsindən çıxarıb Vaşinqtonun orbitinə keçirməyin yollarını arayır.

P.ƏMİRCANOV
XQ

Dünya