Fordo da daxil olmaqla, İranın üç nüvə obyektinə endirilən zərbələrdən sonra hazırda radiasiya səviyyəsində artım barədə məlumat daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) özünün X hesabında təsdiqləyib.
Məlumatda bildirilir ki, yeni məlumatlar əldə edilən kimi AEBA İrandakı vəziyyətlə bağlı öz dəyərləndirmələrini açıqlayacaq.